Laçın şəhərinə növbəti köç karvanı bu gün yola salınıb.
Laçında yaşayış məntəqəsinin salınması ilə bağlı – TENDER NƏTİCƏSİ, QALİB
FED.az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçına daha 25 ailə - 80 nəfər köçürülüb.
Onu da qeyd edək ki, Bakı şəhərindən 13 ailə-38 nəfər, Bərdə rayonundan 5 ailə -17 nəfər, Sumqayıt şəhərindən 5 ailə -15 nəfər, Abşeron rayonundan 2 ailə-10 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.