Azərbaycan, Rusiya və Ermənistanla üçtərəfli anlaşmadan sonra Dağlıq Qarabağın ərazisində hansı valyutanın işləyəcəyi məsələsinə toxunulub. Bildiyimiz kimi Azərbaycan qanunvericiliyinə görə, manat ölkədə yeganə ödəniş vasitəsidir.
Eləcə də bax: “Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev müsahibəsində toxunub.
“Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq [manat] və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir.”- deyə Prezident köməkçisi deyir.