“Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?” sualına cavab olaraq deyib.
Eləcə də bax: Prezident “BBC News”a müsahibə verib - TAM MƏTN
Dövlət başçısı bildirib ki, eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil:
“Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər”.