“Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmamalıdır”.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, 10 noyabr bəyanatı tamamilə icra olunmalıdır: “Hazırda Şərqi Zəngəzur istiqamətində Azərbaycanın Ordusu yoxdur. Orada Dövlət Sərhəd Xidməti var. Erməni mülki əhalisi ilə sərhədçilər arasında gərginlik yoxdur. Dinc həyat hökm sürür.
Bəzi kəndlər bizim ərazimizə düşür. Orada Ermənistan silahlı qüvvələri yoxdur. Biz öz sərhədimizdə dayanmışıq, erməni əhalisinə qarşı heç bir zərərli addımlar atmırıq.
Erməni şəhərlərini birləşdirən 20 km yol Azərbaycan ərazisindən keçir. Orada böyük plakat da asmışıq. Yazılıb ki, “Azərbaycana xoş gəlmisiniz”.
Bu, Ermənistanda qıcıq doğurur. Bunu tam anlaya bilmirəm. Ona görə də dayanıqlı sülh üçün bundan daha artıq nailiyyətə əl atmalı deyilik”.