2023-cü ildə işğal olunmuş ərazilərə ümumilikdə 1800 ailənin öz doğma torpağına qayıdışı və daimi məskunlaşması nəzərdə tutulub.
İlham Əliyev Laçına qayıdan əhali ilə görüşüb - EVLƏRİN AÇARLARINI TƏQDİM EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, cari ildə Laçın şəhərinə 700, Laçının Zabux və Sus kəndlərinə 400-ə yaxın, Şuşa şəhərinə 450, növbəti mərhələdə isə Tərtərin Talış kəndinə 113 və Füzuli şəhərinə 267 ailənin qayıdışı nəzərdə tutulub.