Bu gün Laçın şəhərinə köçürülən 53 nəfərdən ibarət 15 ailəyə evlərin açarları təqdim olunub.
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, onlar vaxtilə burada yaşadıqları və ölkə başçısının göstərişi əsasında bərpa və ya yenidən inşa edilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu gün doğma yurdlarına köçürülən laçınlı ailələrin şəhərin girişində - Həkəri çayın üzərində ailələrin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Böyük qayıdış layihəsinə uyğun olaraq, bugünkü köçlə şəhərdə 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə davam edəcək. (Report)