Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.
Eləcə də bax: Moskvada hansı məsələlər müzakirə olunacaq? - Yerevandan açıqlama
FED.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq.
Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırır.
Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı xüsusi diqqət mərkəzində olacaq.
Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Rusiya mətbuatı bunun Vladimir Putinin 2021-ci ildə ilk beynəlxalq tədbirinin olduğunu vurğulayıb. (Report)