Banner

Qarabağ

Bu gecə yaxalanan erməni hərbçilərin - FOTOLARI

Bu gecə yaxalanan erməni hərbçilərin - FOTOLARI | FED.az
11:16 27 May 2021

Xəbər verdiyimiz kimi, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Eləcə də bax: Ermənistan tərəfinin 6 hərbi qulluqçusu - ƏSİR GÖTÜRÜLÜB

Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sərhəddə təxribata cəhd edən erməni hərbçilərin saxlanıldıqları anın fotoları yayılıb.

Görüntüləri təqdim edirik:


Banner
Banner

Digər xəbərlər