Xəbər verildiyi kimi, sentyabrın 15-də BMT-nin Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla Ermənistan sərhədində yaranan vəziyyət müzakirə edilib.
FED.az xəbər verir ki, toplantıda ayrı-ayrı ölkələrin nümayənədələri, o cümlədən münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini də ortaya qoyub.
Beləliklə:
Çin Xalq Respublikasının nümayəndəsi: «Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həllindən ayrılmazdır».
Hindistan nümayəndəsi: «Təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutub) dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq»
ABŞ nümayəndəsi: «Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli ola bilməz».
Fransa nümayəndəsi: «Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə çağırırıq, Ermənistanın ərazi bütövlüyü qorunmalıdır».
İrlandiya nümayəndəsi: «Atəşkəs xəbərini alqışlayırıq. Atəşkəsə və əvvəlki beynəlxalq müqavilələrə hörmət etməyə çağırırıq».
Rusiya nümayəndəsi: «Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırırıq».
BMT nümayəndəsi: «Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq».