Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ

“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az
16:07 9 Dek 2021

FED.az biznes və maliyyə xəbərləri portalı “Xalq qəzeti”nə istinadən  Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun müsahibəsini təqdim edir:

Eləcə də bax: Ağdamda Lissabon şəhərindəki kimi geniş küçələr olacaq - 60 METR

–Emin müəllim, ötən il Azərbaycanın Ermənistan üzərində 44 gündə qazandığı Qələbədən sonra imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq üç rayonumuz, o cümlədən Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamı tarixi Zəfər kontekstində necə dəyərləndirərdiniz ?

–Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bi­zim igid oğullarımız “dəmir yumru­ğu” düşmənin başına elə vurdu ki, işğalçı ölkə kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu, şanlı zəfər tarixidir, 30 illik işğal dövründə biz torpaq itkisinin acısını-ağrısını ürəyimizdə, yaddaşımızda daşıdıq. Bu zəfərin mahiyyətini, mənasını bütövlükdə gələcəkdə daha yaxşı dərk edəcəyik.

Zəfər tarixindən bu günədək insanlar bizə çoxsaylı suallar verir. Vətəndaşlarımızın qayıdışı, bərpa-quruculuq işlərinin nə vaxt yekun­laşacağı ilə maraqlanırlar. Bu, hər birimizi düşündürən məsələdir və işğaldan azad edilmiş torpaqlarda aparılan proseslər əyani şəkildə onu sübut edir ki, qayıdışın gerçəyə çevrilməsi labüddür.

Qeyd edim ki, Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır. Bu rayon uğurlu hərbi əməliyyatlarımızdan sonra imza­lanmış Üçtərəfli Bəyənata uyğun olaraq bir güllə atılmadan bizə təhvil verilib. Mənfur düşmənin məğlubiyyətindən sonra və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biri kimi Ağdam, Laçın və Kəlbəcər bizə qaytarıldı. İndi biz həmin andan etibarən indiyə qədər olan dövrə nəzər salsaq görərik ki, 23 noyabr tarixində yəni Ağdamın Azərbaycan tərəfinə təhvil verilməsindən 3 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər etdi və burada üçrəngli bayrağımızı qaldırdı. Ondan sonra Ağdam­da böyük quruculuq işlərinə start verildi. Ağdamın bugünkü vəziyyətini görəndə insanın ürəyində ağrılı hisslər yaranır. Şəhərin görüntüsündən də aydın­dır ki, ermənilər burada daşı-daş üstündə qoymayıblar, şəhəri yerlə-yeksan ediblər. Yeganə salamat bina Ağdam məscididir ki, o da heyvanların saxlandığı yer olub, hərbi cəhətdən bizim təmas xəttini müşahidə etmək üçün istifadə edilib, məscidin divarlarına nalayiq sözlər yazılıb. Yəni bütün bunların hamısı qəsdən törədilib. Çünki onlara çox gözəl məlum idi ki, bura müqəddəs bir yerdir. Bizim paytaxtımızın mərkəzi hissəsində yerləşən erməni kilsəsinə münasibətimiz göz qabağındadır. Müqayisə edə bilərik. Bu millətin müqəddəs inanc yerləri baxın necə təhqir olunub, dağıdılıb. Qi­yaslı məscidi, Pənah xanın imarəti və yaxud bizim ağdamlıların xatırladığı digər gözəl məkanlar da dağıdılıb. Bunların arasında Çörək muzeyini, məşhur Çay evini göstərmək olar. Çay evindən pilləkənin bir hissəsi qalıb. Yəni bu vandallara insan deməyə ada­mın dili gəlmir. Məscidin salamat qalması da humanizmdən irəli gəlmir. Məscid bir daha qeyd edirəm ki, minarələri ilə birgə hərbi məqsədlər üçün istifadə edilib. Nə mümkündürsə talamış­dılar, nəyi talan edə bilməyiblərsə təhqir ediblər, dağıdıblar. Bura o yerlərdir ki, ermənilər həmişə torpaq iddiası ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bu torpaq sizindirsə niyə bu vəziyyətə qoymusunuz? Deməli, bura sizin deyil ki, onunla belə vandalcasına davranmısınız. Deməli bu torpaqların sizin oldu­ğuna dair özünüzün də inamınız yoxdur. Ancaq Azərbaycan xalqı multikultural xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də quru­cu xalqdır. Təsadüfi deyildir ki, böyük zəfərdən bir il keçməsinə baxmayaraq, qısa müddətdə Azərbaycan dövləti sadəcə öz gücünə arxalanaraq, bu torpaqlar­da böyük quruculuq işlərini həm sürətlə, həm də yüksək keyfiyyətlə həyata keçirməkdədir. Region­da infrasturktur layihələrinin, yol tikintisinin icrası, hətta insan ayağının dəymədiyi yerlərdən elektrik xəttinin çəkilməsi, Zəfər yolunun inşası strateji uğurlardır. Bizim igid oğullarımızın müharibə vaxtı irəlilədiyi həmin yerlərdən indi Zəfər yolu çəkilib. Bu, çox heyranedicidir. Füzuli Beynəlxalq Hava limanının tikintisi və təhvil verilməsi qürur doğurur. Həmin ərazinin qısa müddətdə minalar­dan təmizlənməsi ilə beynəlxalq standartlara uyğun hava limanı tikilib. Ağdamda da böyük qu­ruculuq işləri gedir. Bilirsiniz ki, bu rayon birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ən çox şəhid vermiş bir rayon kimi burada gedən şiddətli döyüşlər, Xocalı soyqırımının dəhşətləri insanların yaddaşında silinməz izlər qoyub. Qeyd edim ki, birinci Qarabağ müharibəsində Ağdamda çox ciddi döyüşlər gedib. Bu küçələrdə, bu dağlarda gəzən, bu bulaqlardan su içmiş in­sanların yenidən buraya qayıtdıq­ları zaman keçirdikləri hissləri dərk eləmək çox çətindir. Əvvəl biz bu yerlərə müxtəlif vasitələrdən ba­xırdıq və müşahidələrimiz içimizdə kədər, qüssə neqativ hisslər yara­dırdı. İndi isə vandalizm aktlarına, viran qalmış xarabalıqlara baxan­da bir tərəfdən ürəyimiz sızıldasa da, digər tərəfdən başımızı dik tuturuq ki, doğma torpaqlarımızı azad etdik. Milli qürurumuzun bərpa olunduğu üçün fəxr edi­rik, özümüzü böyük bir xalqın, millətin nümayəndəsi kimi hiss edirik. Bütün bunları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, bizim igid oğullarımı­za minnətdarıq. İnanın ki, biz bu torpaqda yeriyərkən o məsuliyyəti hər dəqiqə, hər an hiss edirik. Ağdam əlbəttə, dağıntılara məruz qalan şəhər olsa da, buranın gələcəyi artıq indidən gözümü­zün qabağında canlanır və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

–Ağdamın azad edilməsindən sonra dövlət başçısı mühüm sərəncamlar imzaladı. Bu sərəncamlardan biri də Ağdamda, Şuşada Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi oldu. İstərdim ki, xüsusi nümayəndəlik institutunun yaradılmasının vacibliyini, əhəmiyyətini izah edəsiniz...

–Biz hamımız bərpa-quruculuq işlərinə fokuslanırıq. KİV-də əsas diqqət buna yönəlir və bu, təbiidir. Ancaq bu məsələlərə həm də ölkədə bərpa-quruculuq prosesinin idarə olunması və yerli özünüidarəetmə institutlarının isla­hatı prizmasından baxmaq lazım­dır. Bu gün Azərbaycanda bərpa prosesinə tətbiq olunan yanaşma özü də bir innovasiyadır. Bunu hətta bizim kimi oxşar problemləri olan digər ölkələr də görür və bizdən bu təcrübəni öyrənməyə çalışır. Müxtəlif meqalayihələr həyata keçirib Azərbaycan. Biz də buna spesifik bir layihə kimi, baxa bilərdik. Burada müəyyən tikinti layihələri həyata keçirə bilərdik. Ancaq cənab Prezidentin müdrik siyasəti nəticəsində elmi əsaslandırılmış bir yanaşma tətbiq olundu. Ümumiyyətlə yeni idarəetmə sistemi formalaşdı. Əlaqələndirmə qərargahı yara­dıldı. Əlaqələndirmə qərargahı Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli fərmanına əsasən yaradılıb. Əlaqələndirmə qərargahının rəhbəri Prezident Ad­minstrasiyasının rəhbəri hörmətli Samir Nuriyevdir. Qərargahın tərkibində idarələrarası mərkəz yaradılıb. İdarələrarası mərkəzə demək olar ki, bütün icra hakimiyyəti orqanlarının idarələri daxildir. Bu mərkəzin daxilində 10-dan çox müxtəlif tematik mövzularda işçi qrupları ya­radılmışdır. Bu işçi qruplarda işləyən həmin icra hakimiyyəti orqanlarının nümayəndələri həm müvafiq səlahiyyətlərə malikdir, həm də qərarların sürətli, operativ şəkildə qəbul edilməsinə, yerlərdə icrasına köməklik göstərirlər. Bu mexanizm onu göstərir ki, azad edilmiş torpaqlarımızda işlər düzgün şəkildə əlaqələndirilməli, xalq ifadəsi ilə desək, “yüz ölçü­lüb, bir biçilməli” və elmi əsaslar tətbiq olunmaqla kollegial şəkildə qərarlar qəbul olunmalıdır. Yəni burada ən nümunəvi proseslər aparılmalı, ən qabaqcıl texnolo­giyalar tətbiq olunmalı, bir sözlə, Azərbaycan dövlətinin nəyə qadir olduğu göstərilməlidir. Təsadüfi deyildir ki, 2021-ci il mayın 28-də dövlət başçısı cənab İlham Əliyev Ağdama səfər zamanı rayon ictimaiyyəti ilə görüşərkən məhz bu ifadəni bəyan etmişdir. Həmin ifadəni xüsusi nümayəndəliyimizin girişində həkk etdirmişik: “Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun.” Xü­susi nümayəndəliyin yaradılması da məhz bu məqsədə xidmət edir. Xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir. Eyni zamanda, bizim ko­mandamız çox kompakt və çevik idarəetmə metodlarına əsaslanan iş həyata keçirir. Nümayəndəlik mən daxil olmaqla cəmi 10 nəfərdən ibarətdir. Biz dünyanın əsas inkişaf etmiş ölkələrində də tətbiq olunan “Agile menegment” yəni çevik idarəetmə üsullarını tətbiq etməklə burada bütün işlərin əlaqələndirilməsini təmin etməyə çalışırıq. Hesab edirəm ki, bu insti­tut yeni mexanizmdir və qarşıya qoyulan hədəflərə çatmaqda etimadı layiqincə doğruldacaq.

–Məlumdur ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də Ağdamda fəaliyyət göstərir. Mərkəzin Ağdamda yaradılmasının üstünlüklərini nədə görürsünüz ?

–Fikrimcə, çox düzgün bir seçimdir. Ağdam Azərbaycanın mərkəzi bir regionudur. Qarabağın da həmçinin... Yəni bu ərazilərə coğrafi olaraq diqqət yetirsək görərik ki, Ağdamdan Xocavəndə, Ağcabədiyə, Füzuliyə, Bərdəyə məsafələr aşağı-yuxarı eynidir, təxminən 41-48 kilometr. Ağdam­dan Yevlaxa, Tərtərə, Qubadlıya, Ağdamdan Kəlbəcərə, Zəngilana, Şuşaya məsafələrə diqqət yetirsək yenə yaxın məsafələr alınır. Yəni Ağdam elə bir rayondur ki, həm coğrafi, həm iqtisadi, həm də tarixi baxımdan Azərbaycanın mərkəzində yerləşən strateji bir bölgədir. Bu birinci faktordur. İkinci faktor ondan ibarətdir ki, bilirsiniz ki, Monitorinq Mərkəzi Mərzili kəndində yerləşir. Bu kənd işğal altında olmayan ərazidə yerləşirdi. Bu mərkəzin operativ, tez bir zamanda yaradılması vacib idi. O zaman ərazidə baza infrast­ruktur şərtləri yox idi. Monitorinq Mərkəzi elə bir yerdə yaradılmalı idi ki, onun işığı olsun, suyu olsun, kommunikasiya xəttləri olsun. Ona görə də işğal altında olmayan, keçmiş təmas xəttinə ən yaxın yerdə qurulması praktiki baxımdan çox düzgün addım idi. Sırf praktiki olaraq bu işin effektiv şəkildə təşkil olunması üçün ən optimal məkan Ağdam rayonu idi.

– Prezident İlham Əliyev Ağdamın baş planının təqdimetmə mərasimində iştirak etdi. Həmin sənədə əsasən Ağdam tamamilə yenidən qurulacaq. Şəhərin yeni simasını müəyyənləşdirəcək həmin baş plan barədə məlumat verməyi xahiş edirik... Ümumiyyətlə, köhnə Ağdamdan hansı hissənin saxlanılması qərara alınıb?

–Bəli, Baş plan cənab Prezident tərəfindən 28 may 2021-ci il tarixində təsdiq olundu və ictimaiyyətə təqdim olundu. Baş plan 2040-cı ilədək Ağdam şəhərinin əsas planıdır. Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artır. 1750 hek­tara yaxın ərazi nəzərdə tutulub. Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci bö­yük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbaniza­siya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq. Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbi­oz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan. Onu da deyim ki, baş planın hazırlanmasında yerli memarlarla yanaşı, xarici ölkələrin tanınmış layihələndirmə institutları birgə çalışmışlar. Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər kon­sentrasiyasına uyğun inşa olu­nacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq. Dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərinin küçələridir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avto­bus, piyada və velosiped yolları. Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanlar fərdi maşınları olsa da belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın. Şəhərin eko­logiyasını qorumaq üçün istifadə olunan ictimai nəqliyyat daha çox təmiz yanacaq üzərində fəaliyyət göstərsin. Burada həm elektrik, həm təmiz dizel və ya sıxılmış qazdan istifadə edən nəqliyyat vasitələri olsun. Eyni zamanda şəhərdə yeni elementlərlə yanaşı, mövcud elementlər də yer alacaq. Biz istəyirik ki, vaxtilə Fərhadın bu­radakı məşhur, əzəmətli heykəlini bərpa edək. Ora tamamilə dar­madağın olunub. Dram teatrının önünü siz də gördünüz. Onu bərpa etmək istəyirik. Digər əlamətdar obyektlərdən biri məşhur çay evidir ki, onu da bərpa etmək istəyirik. Sonra məşhur Ağdam bazarını bərpa etmək istəyirik. Eyni zamanda futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq. Hal-hazırda burada layihələndirmə işləri gedir. Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bun­dan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərədə tutulur. Onu da qeyd edim ki, şəhərin bir mərkəzi hissəsi olacaq. Necə ki, Bakıda İçərişəhər var. Ağdam şəhərində də belə tarixi-mədəni hissə yer alacaq. Bu hardasa 22.5 hektarlıq ərazini əhatə edir. Bu hissənin əsas komponentləri Pənahəli xanın İmarət kompleksi, çörək muzeyi, dram teatrı, yaradılacaq İşğal və Zəfər muzeyi kompleksi olacaq. Bu muzeylər haqqında daha geniş danışmaq istəyirəm. Belə ki, cənab Prezident mayın 28-də Ağdama səfəri zamanı həmin kompleksin təməlini qoydu. Həmin kompleks üç komponentdən ibarətdir. Komp­leks, İşğal Muzeyində başlayır, Zəfər Muzeyində bitir. Onların arasında 18 hektarlıq bir bağ var. O bağı memorial bağ adlandır­mışıq. Bu bağ açıq səma altında olacaq. Biz bütün şəhəri müasir şəkildə bərpa etsək də, həmin o bağda xarabalıqlar, dağıdılmış binalar olacaq. Biz oranı restavra­siya deyil, konservasiya edəcəyik. Onları olduğu kimi saxlayacağıq ki, gələcək nəsillərə bir örnək kimi, nümunə kimi qalsın və mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr bilinsin, eyni zamanda müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anlada bilsin. Əlbəttə ki, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmen­ted reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal Muzeyi, Memorial Bağ və Zəfər Muzeyi Azərbaycan xalqının birinci və ikinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı vi­deo-audio materiallar, eksponatlar əks olunacaq. Təsəvvür edin, işğal muzeyindən çıxan insan memo­rial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alır. Yəni insanlar o dağıntıların arasından keçərkən sanki həmin zamandan keçir və gözlərinin qarşısında həmin proses canlanır. Bağın sonuna yaxınlaşdıqca Zəfər Muzeyi, Bayraq Meydanı və Zəfər arenasının olduğu əraziyə daxil olurlar. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolar­la əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə olacaq.

–Ermənistan vaxtilə işğalda saxladığı bölgələrimizdə saysız-hesabsız minalar yerləşdirib. Bu yaxınadək mina xəritələrinin yalnız 25 faizi verilmişdi. Mina xəritələrinin tam verilməməsi aparılan tikinti-quruculuq işlərinə çox mane olurdu.

–Bəli, çox mane olurdu. Əvvəla, təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşı­nından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir. O ərazilər həm də hamar de­yil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi termino­logiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir. Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açıldı və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bildi. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır. Əlbəttə, biz quruculuq- bərpa işlərində bunları diqqətdə saxlamalıyıq. Həm də vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü bö­yük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Əlbəttə, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərdi. Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğu­nu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsun­lar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Burada folklorumuza da müraciət etsək yerinə düşər. Dədər Qorqud filmində ibrətamiz bir səhnə var. Ulu ozan Qaraca Çobana səslənir ki, nə edirsən belə ? O da cavabında deyir ki, torpağı daşlardan təmizləyirəm. İstəyirik buranı şumlayaq əkək. Dədə Qorqud da deyir ki, məsləhətdir. Biz hələ varıq, olaca­ğıq, artacağıq. Sonra da deyir ki, torpağın yurd olması üçün iki şərt lazımdır. Birincisi gərək torpağı əkib becərəsən. İkincisi isə gərək onu yağılardan qoruyasan. Əgər, torpağı əkib becərmədinsə qoru­mağa dəyməz, qoruya bilmədinsə əkib becərməyə dəyməz

Bu günlə səsləşən fikilərdir. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər va­cibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaq­larda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın.

“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • Ağdam
  • dünya
  • örnək
  • Emin Hüseynov
Paylaş

Digər xəbərlər

Vardanyan Qarabağdan - MOSKVAYA QAÇDI
Qarabağ 7 Fev 2023
Vardanyan Qarabağdan - MOSKVAYA QAÇDI
ABŞ Qarabağ danışıqlarının məxfi sənədlərini açıqlayıb: "Laçın dəhlizi 22 km enində olmalı və ATƏT-ə icarəyə verilməli idi"
Qarabağ 7 Fev 2023
ABŞ Qarabağ danışıqlarının məxfi sənədlərini açıqlayıb: "Laçın dəhlizi 22 km enində olmalı və ATƏT-ə icarəyə verilməli idi"
Azərbaycana əlavə minaaxtaran - İtlər və Siçovullar Gətiriləcək
Qarabağ 7 Fev 2023
Azərbaycana əlavə minaaxtaran - İtlər və Siçovullar Gətiriləcək
Şuşanın icra başçısının müavini - VƏZİFƏSİNDƏN AYRILIB
Qarabağ 7 Fev 2023
Şuşanın icra başçısının müavini - VƏZİFƏSİNDƏN AYRILIB
Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
Qarabağ 3 Fev 2023
Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
Lavrov: "Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb"
Qarabağ 2 Fev 2023
Lavrov: "Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb"
FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”
Qarabağ 31 Yan 2023
FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”
Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
Qarabağ 28 Yan 2023
Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan - AZAD EDİLƏCƏK
Qarabağ 26 Yan 2023
Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan - AZAD EDİLƏCƏK
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan - AZAD EDİLİB
Qarabağ 26 Yan 2023
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan - AZAD EDİLİB
Prezident: "Faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalıdır"
Qarabağ 26 Yan 2023
Prezident: "Faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalıdır"
Şuşa və Laçında yaşamaq istəyənlərə - PUL VERİLƏCƏK
Qarabağ 25 Yan 2023
Şuşa və Laçında yaşamaq istəyənlərə - PUL VERİLƏCƏK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Türkiyədə zərər çəkənlərə humanitar yardım kampaniyasına - “CƏNUB TAXİ 1635” ŞİRKƏTİ DƏ QOŞULDU
    18:34 8 Fev 2023
  • DİQQƏT! AFAD-a ianə etmək üçün görüntüdə qeyd olunan addımları izləyin! - VİDEO
    18:06 8 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:58 8 Fev 2023
  • "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"
    17:51 8 Fev 2023
  • "Azdizayn Group" şirkəti - ŞİRKƏTİ MƏHKƏMƏYƏ - VERİLDİ - SƏBƏB
    17:44 8 Fev 2023
  • Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait - AÇIQLANIB
    17:43 8 Fev 2023
  • Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı - FOTO
    17:38 8 Fev 2023
  • "Liqui Moly" satış mağazasına təcili işçi axtarır - VAKANSİYA
    17:34 8 Fev 2023
  • "Şimal Servis" bu qurumdan 900 min manatlıq – SİFARİŞ ALIR
    17:34 8 Fev 2023
  • Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 426,9 min manat ödəyəcək
    17:27 8 Fev 2023
  • Təcili: Bəzi məhsullar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
    17:24 8 Fev 2023
  • Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
    17:19 8 Fev 2023
  • Dövlət qurumu təmizlik işləri ilə bağlı - TENDER ELAN ETDİ
    17:18 8 Fev 2023
  • Dövlət Əmək Müfəttişliyi bina sahəsi - İCARƏYƏ GÖTÜRÜR
    17:12 8 Fev 2023
  • Naxçıvan DYP-yə yeni rəis - TƏYİN OLUNDU
    17:12 8 Fev 2023
  • Nazirlikdən pensiya artımı ilə bağlı - AÇIQLAMA
    17:03 8 Fev 2023
  • «STATUS Sığorta Brokeri» daha bir ili – ZƏRƏRLƏ BAŞA VURUB – KAPİTALI MƏNFİYƏ DÜŞÜB - HESABAT
    16:57 8 Fev 2023
  • “Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
    16:49 8 Fev 2023
  • Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib - FOTO
    16:39 8 Fev 2023
  • İnnovasiyalar Mərkəzi – AUDİTOR SEÇİR
    16:38 8 Fev 2023
  • İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi ilə bağlı - KOTİROVKA ELAN ETDİ
    16:29 8 Fev 2023
  • Ərdoğan İlham Əliyevə - TƏŞƏKKÜR EDİB
    16:29 8 Fev 2023
  • İlham Əliyev Türkiyəyə yardım ilə bağlı Administarasiya rəhbərinə - TAPŞIRIQ VERDİ
    16:24 8 Fev 2023
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində bu şirkətə 5 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
    16:19 8 Fev 2023
  • "Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb, Türkiyədən xəstələri gətirməyə hazırıq"
    16:15 8 Fev 2023
  • Təmir işləri ilə bağlı – TENDER ELANI
    16:12 8 Fev 2023
  • Prezident: “SOCAR əlində olan bütün imkanlarla Türkiyəyə yardım etməyə çalışır və çalışacaq”
    16:10 8 Fev 2023
  • Azərbaycan Prezidenti: "Türkiyəyə həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək"
    16:07 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ - YENİLƏNİB
    16:01 8 Fev 2023
  • Bakıda əhali ərzaq, içki və siqaretə 19 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    15:54 8 Fev 2023
  • “Azərkosmos” Agentliyi - TENDER ELAN ETDİ
    15:48 8 Fev 2023
  • 1 ayda 625 milyon dollardan çox gəlir
    15:48 8 Fev 2023
  • Malatyada - ZƏLZƏLƏ OLUB
    15:43 8 Fev 2023
  • Silsilə tədbirlərin təşkili ilə bağlı - TENDER ELANI
    15:40 8 Fev 2023
  • AccessBank-dan - TÜRKİYƏYƏ DƏSTƏK
    15:32 8 Fev 2023
  • Nazirlik dəftərxana ləvazimatları kartriclər alır - TENDER ELANI
    15:31 8 Fev 2023
  • Türkiyəli nazir: "Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər"
    15:27 8 Fev 2023
  • Ərdoğan zəlzələ bölgəsindədir - Hər ailəyə - 10 MİN DƏSTƏK - 1 İLƏ YENİ BİNALAR TİKİLƏCƏK
    15:20 8 Fev 2023
  • Azərbaycan Banklar Assosiasiyasının – Türkiyədəki Zəlzələ ilə bağlı Bəyanatı
    15:17 8 Fev 2023
  • Ərdoğan zəlzələdən zərərçəkənlərə - Maliyyə Yardımı ediləcəyini Bildirib
    15:14 8 Fev 2023
  • Dövlət agentliyi 9 260 litr benzin alır - KOTİROVKA SORĞUSU
    15:08 8 Fev 2023
  • Türkiyədə zəlzələdən zərər görənlər üçün yardım kampaniyası Bakıda iki ünvanda - TƏŞKİL EDİLİB
    15:08 8 Fev 2023
  • Ceyhan limanında gəmilərə neft yüklənməsi – BƏRPA EDİLDİ
    15:05 8 Fev 2023
  • Agentliyin yeni idarələri yaradıldı – İşçi sayı 2 qat artdı – FƏRMAN
    15:01 8 Fev 2023
  • Türkiyə Prezidenti: "Zəlzələdə 8574 nəfər həlak olub, 49 133 nəfər yaralanıb"
    14:58 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ
    14:54 8 Fev 2023
  • İcbari tibbi sığortada mühüm yenilik 2024-cü ilə qaldı - MÜŞTƏRƏK MALİYYƏLƏŞMƏ – PREZİDENTDƏN FƏRMAN
    14:47 8 Fev 2023
  • Ədliyyə Nazirliyinin Pentensiar Xidməti – TENDER ELAN ETDİ
    14:45 8 Fev 2023
  • Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
    14:44 8 Fev 2023
  • Azərbaycanda minimum əmək pensiyası 280 manat oldu - FƏRMAN
    14:41 8 Fev 2023
  • “Aynur-119” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:37 8 Fev 2023
  • Son 1 ildə Bakıda orta əmək haqqı - 130 MANAT ARTIB
    14:34 8 Fev 2023
  • “Habako Konstrakşn” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:30 8 Fev 2023
  • Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması - QAYDASI HAZIRLANACAQ
    14:28 8 Fev 2023
  • Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına - MÜRACİƏT ETDİ
    14:25 8 Fev 2023
  • Vergi Xidməti: "Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur"
    14:17 8 Fev 2023
  • “Karton Etike Məhsulları” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:16 8 Fev 2023
  • “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir - FOTO
    14:12 8 Fev 2023
  • Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı - Komissiya Haqqını Ləğv Edib
    14:05 8 Fev 2023
  • TƏCİLİ: Türkiyəyə yardımdan vergi tutulması ilə bağlı - VERGİ XİDMƏTİNDƏN AÇIQLAMA
    14:03 8 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!