“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.
Eləcə də bax: Şuşada 23 binalı yaşayış massivi gələn il - TƏHVİL VERİLƏCƏK
FED.az xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.
O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.
“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.
O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək. (Apa)