Erməni general Vitali Balasanyan azərbaycanlı generallarla bərabər Laçına və Zabux kəndinə gedib.
Eləcə də bax: Ermənilər Laçını belə tərk edir - VİDEO
FED.az xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb.
“Sakinlər kəndin mərkəzində toplaşmışdılar və gördülər ki, Vitali Balasanyan azərbaycanlı generallarla gəlir. Özü də o, ilk dəfə deyil ki, türklərlə belə rahat gəzir. Biz onun Şuşadakı postlarda onlarla necə mülayim danışdığını görürdük. Azərbaycanlılar isə artıq bizim evlərimizə baxırlar. Vitali onlara evləri göstərdi və inandırdı ki, heç kim evi dağıtmayacaq və yandırmayacaq, hər şey qaydasındadır. Bizim vəziyyətimizi təsəvvür edirsinizmi?”, - nəşr yerli sakin Satik Asatryanın sözlərini sitat gətirir.
Öz növbəsində erməni tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə Laçın və Zabux kəndinə səfərini rəsmi təsdiqləyib.
Məlumatda deyilir ki, səfər 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi çərçivəsində həyata keçirilib. (Haqqin.az)