Bakıda vəzifəli şəxs intihar edib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.
O, gecə saatlarında özünü asaraq canına qəsd edib. R.Mehtiyevin hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Mehtiyev sözügedən vəzifədə 2021-ci ildən çalışırdı.