Türkiyə Dəyanət Vakfı Bakı Türk Liseyi Azərbaycan Silahlı Qüvvələrinə yardım edib.
FED.az xəbər verir ki, lisey ordumuzun Qarabağın işğaldan azad olunması uğrunda apardığı mübarizəyə dəstək olaraq Silahlı Qüvvvələrin fonduna 10 min manat köçürüb.
TDV Bakı Türk Liseyi Azərbaycan ordusuna bu haqlı mübarizədə, vətənin bütövlüyünü təmin etmək yolunda uğurlar arzulayır. Qarabağ Azərbaycandır!