“Müsbət cavab verildiyi halda, biz gətirdiyimiz ərzaq yükünün dərhal erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”.
"Yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə məsuliyyət qondarma rejimin üzərinə düşür"
FED.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq bir həftədir AzQAC nümayəndələri və könüllüləri buradadır:
“AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Hazırda qarşı tərəfin cavabını gözləyirik. Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdirilib qiymət veriləcək və həmin ərzaqların, məhsulların onlara çatdırılmasına köməklik edəcəyik”. (Report)