İyulun 15-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən 2 058 layihədə iştirak etmək üçün 2 107 müraciət daxil olub ki, onlardan 442-si xarici şirkətlərdəndir.
Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Azərbaycan və Vyetnam sahibkarları ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 63 milyon ABŞ dollarını ötüb:
“Amma hazırkı ixrac həcmimiz nisbətən aşağıdır. Qeyri-neft ixracımızın artırılması istiqamətində fəal işləyirik. Biz yerli ixracatçıları dəstəkləmək üçün ixracın təşviqi mexanizmlərini tətbiq etməklə ticarət əlaqələrimizi inkişaf etdirməyə çalışırıq”.
O əlavə edib ki, AZPROMO Vyetnam şirkətlərinə Azərbaycanda biznes qurmaq üçün lazımi resurs və təlimat verməklə onlara kömək etməyə hazırdır:
“Azərbaycanın güclü investisiya potensialı var. Ölkədəki xüsusi iqtisadi və sənaye zonaları, həmçinin aqroparklar və azad iqtisadi zonaları ilə 10 ilədək müxtəlif vergi güzəştləri kimi əhəmiyyətli imtiyazlar təklif edir”. (Report)