Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 9 kəndin, o cümlədən Zəngilan rayonunun Vecnəli kəndinin Ordumuz tərəfindən işğaldan azad olunduğunu açıqlayıb.
Eləcə də bax: Bu kəndlər də işğaldan azad edildi
FED.az xəbər verir ki, Azərbaycanın ən böyük qızıl yataqlarından biri Vecnəli kəndində yerləşir. Ermənilər üçüncü ölkələrin şirkətlərinin köməyi ilə bu yataqdan qızıl hasil edirdilər. Yataqlar olan ərazidə 2 zavod tikilib.
"Vecnəli" yatağının ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edir. (Marja)