Azərbaycanın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq.
Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb
FED.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində bununla bağlı müvafiq işlərə start verilib.
Belə ki, Laçın şəhərinə 40 nəfər, Qubadlı rayonunun Zilanlı kəndinə 193 nəfər, Qubadlı rayonunun Mahruzlu kəndinə 190 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə 98 nəfər, Tərtər rayonunun Umudlu kəndinə 116 nəfər və Xocavənd rayonunun Xocavənd kəndinə 50 nəfər keçmiş məcburi köçkün köçürüləcək. (Trend)