Banner

Qarabağ

Azərbaycanın 100-dən artıq hərbçisi - İtkin Düşüb

Azərbaycanın 100-dən artıq hərbçisi - İtkin Düşüb | FED.az
14:35 3 Dek 2020

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Eləcə də bax: Vətən Müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu - Şəhid Olub

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

"Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib.

Banner
Banner

Digər xəbərlər