Azərbaycandakı şirkətlərin 40%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq istəyir, lakin hələ də yaxşı fürsət gözləyir.
Eləcə də bax: İkinci “ağıllı kənd” Dövlətyarlıda - İNŞA EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.
Sənədə əsasən, rəy sorğusunda iştirak edən şirkətlərin 14%-i artıq bu istiqamətdə fəaliyyətə başlayıb, 12%-i investisiya üçün bu əraziləri nəzərə almır, 34%- isə hazırda investisiyaları planlaşdırmır, lakin gələcəkdə belə bir imkan görür. (Report)