İşğaldan azad edilmiş Azərbaycan ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı prosedur təkmilləşdirilib.
Azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün 5 illik güzəştlər müəyyənləşir - SİYAHI
Bu barədə FED.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda 2022-ci il 9 dekabr tarixli dəyişiklik 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə aşağıdakıları ehtiva edir:
Əmək miqrasiyası kvotası nəzərə alınmadan iş icazəsinin verilməsini və müddətinin uzadılmasını;
İş icazəsi ilə bağlı müraciətə baxılma müddətinin 5 iş günü azaldılmasını;
İş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasını.
İş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğlərinin aşağıdakı kimi müəyyən edilməsi:
beş iş günü müddətində:
- 3 ayadək - 700 manat;
- 6 ayadək - 900 manat;
- 1 ilədək - 1400 manat.
- 1 il 6 ayadək - 1600 manat;
- 2 ilədək – 1800 manat.
on iş günü müddətində:
- 3 ayadək - 500 manat;
- 6 ayadək - 700 manat;
- 1 ilədək - 1200 manat.
- 1 il 6 ayadək - 1400 manat;
- 2 ilədək – 1600 manat.
on beş iş günü müddətində:
- 3 ayadək - 350 manat;
- 6 ayadək - 600 manat;
- 1 ilədək - 1000 manat.
- 1 il 6 ayadək - 1200 manat;
- 2 ilədək – 1400 manat.