2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köçürülən təsərrüfatların 30,1 %-i və yaxud 9 654-ü qadınlara məxsus olub.
FED.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il Laçına 2 219, Kəlbəcərə 7 266, Qubadlıya 85, Füzuliyə 18, Xocavəndə 38, Cəbrayıla 13, Zəngilana isə 15 qadın təsərrüfatı köçürülüb.
İşğaldan azad olunmuş ərazilərə köçürülən təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçün vaxtı, istifadə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin dislokasiyası barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib və maarifləndirmə işləri həyata keçirilib. Eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına köçürülmüş təsərrüfat sahibləri üzrə də gender təhlili aparılıb.