Bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 % çoxdur.
Xatırladaq ki, bu il işğaldan azad edilmiş ərazilərə büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bu məbləğin 31,9 %-i xərclənib.