Azərbaycan Ordusunun Qarabağda qələbəsi və torpaqlarımızın böyük hissəsinin azad edilməsinə baxmayaraq ölkə əhalisinin bir hissəsi ermənilərlə münaqişənin hələ başa çatmadığını bildirir.
Eləcə də bax: “Əgər o tərəfdən bir güllə atılsa, onları elə günə salarıq ki...”
FED.az xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğuda məlum olub.
Sorğu zamanı Azərbaycanlılarla ermənilərin birgə yaşayışına və müharibənin yenidən başlamasına münasibət maraqlı nəticələrlə yadda qalıb.
Belə ki, əhalinin mühüm bir hissəsi (66,2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgə yaşayışının heç zaman mümkün olmayacağını bi ldirib. Rəyi soruşulanların yalnız 4,8%-i bunun dərhal mümkün olacağını düşünür. 19.4% isə hesab edir ki, azərbaycanlılar və ermənilər yalnız bir neçə ildən sonra birgə yaşaya bilərlər.
Sorğuda məlum olub ki, Azərbaycanda hər 3 nəfərdən 2-si (66,0%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin bir daha yenidən alovlanmayacağını düşünsə də, 28,6% hesab edir ki, müharibə yenidən başlana bilər. Başqa sözlə, əhalinin 28,6%-i münaqişənin hələ tam bitmədiyini bildirib.