Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib, onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.
Baş Pkorurorluq R.Əkbərovun həbsini təsdiqləyib.
İlkin məlumatlara görə, general qəsdən adam öldürmədə ittiham olunur.
Cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.
Maraqlıdır ki, bu barədə məlumatların mətbuatda dəfələrlə səsləndirilməsinə və mərhumun yaxınlarının çoxsaylı müraciətlərinə baxmayaraq indiyədək Azərbpaycanın hüquq mühafizə orqanları generalı indiyədək məsuliyyətə cəlb etməyiblər.