“Fransa Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətini görmək istəmir”.
Azərbaycan XİN Fransa Prezidentinə - CAVAB VERDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, blokada iddiası Fransanın qərəzsiz olmasına dair iddialarına ziddir.
Qeyd edək ki, Fransa xarici işlər naziri Ketrin Kolonna daha əvvəl demişdi ki, “heç bir ölkə Ermənistanla qonşusu arasında sülh razılaşması üçün Paris qədər səy göstərmir”.