“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir: “Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir”.
Bildirilib ki, Ermənistanın “yandırılmış torpaq” siyasəti çərçivəsində evlərin dağıdılması, qəsdən və spesifik olaraq mülki əmlaklarda partlayıcı qurğuların yerləşdirilməsi ilə birlikdə, məcburi köçkün ailələrin və icmaların 30 il bundan əvvəl Ermənistanın qeyri-qanuni işğalı nəticəsində tərk etməyə məcbur olduqları keçmiş evləri və torpaqlarına qayıtmasının qarşısını alır.