Azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlər davam edir.
Qarabağdakı kəndlərdə Belarus təcrübəsi tətbiq edilir –AQRAR ŞƏHƏRCİK SALINIR
FED.az xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov bildirib.
Qeyd edilib ki, Baş plan təsdiqlənib və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrup formalaşdırılıb. (Apa)












