“Yeni strateji dövrdə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin inkişafı məqsədilə işlər görülür. 2021-2023-cü illər ərzində bu ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 mlrd. ABŞ dolları vəsait ayrılıb. Sevindirici haldır ki, Türk şirkətləri buradakı layihələrdə fəal iştirak edir”.
FED.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Nazir əlavə edib ki, ölkəmizdə investorlar üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət şirkəti olaraq Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaş olduğu layihələrdə iştirak etmək imkanları yaradılıb: “Bu çərçivədə, Azərbaycan İnvestisiya Şirkəti qardaş ölkədən olan həmkarlarla danışıqlar aparır və işğaldan azad olunmuş ərazilərimizdə 5 Kiçik Su Elektrik Stansiyasının bərpası layihəsi bu il hazırlanıb”.