Banner
Banner

Qarabağ

Azərbaycan şirkəti Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verdi

Azərbaycan şirkəti Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verdi | FED.az
16:44 29 Okt 2020

Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.

Eləcə də bax: Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTO - VİDEO

FED.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.

Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.

Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.

Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da işitrak edib. (Qafqazinfo)


Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?