“Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan bu gündən etibarən Qarabağda lokal antiterror tədbirlərinə başlayıb.