Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.
FED.az xəbər verir ki, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.
Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb (APA).