“2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib, döyüş toqquşmaları, ciddi hadisələr olmayıb”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.
Dövlət başçısı V. Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib.
Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların baş verdiyini qeyd edən Prezident İlham Əliyev bu ərazilərin Rusiya sülhməramlılarının səlahiyyət zonasına aid olmadığını söyləyib: “Lakin bütün bunlar bizi riskləri necə idarə etmək, onları minimallaşdrmaq üzərində işləməklə bağlı məsələləri diqqətlə nəzərdən keçirməyə, o cümlədən üçtərəfli format da daxil olmaqla müzakirələr aparmağa vadar edir. Biz Sizin, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələn il bu işdə yaxşı nəticələr əldə edəcəyik”.