Sentyabrın 28-də ləğv olunduğunu elan edən qondarma rejimin “Daxili İşlər Nazirliyi”nin binası Azərbaycan polisinin nəzarətinə keçib.
FED.az xəbər verir ki, bu barədə video görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda binanın girişində Azərbaycan polis maşınları və Azərbaycan hərbçilərinin inzibati binanın qarşısında xidmət apardığı əksini tapıb.