Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara cəhd edib. Azərbaycan Ordusu bu təxribatlara cavab olaraq düşmənin mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib.
FED.az Ordumuzun düşmənin təxribatına qarşı keçirdiyi əməliyyatın növbəti görüntülərini təqdim edir:
Bundan başqa, “Caliber”in “Telegram” kanalının yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus 100 mm-lik “KS-19” zenit silahı Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə məhv edilib.
Bildirilib ki, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən zərbə bu gün saat 11:52-də qeydə alınıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.