Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib.
FED.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hal-hazırda atəşkəs rejiminə riayət olunur", - məlumatda deyilir.