Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir.
Müdafiə Nazirliyindən FED.az-a verilən məlumata görə, düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndində dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymaqda davam edir.
"Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır", - məlumatda vurğulanıb.