Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir.
FED.az xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb.
Azərbaycan Ordunu gücləndirir: «Böyük kontraktlar imzalandı, silah və texnika alınır»
Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.
«Bayraktar» bizdə olanda «ölüm silahı» deyirdilər, Ukraynada «mələk» deyirlər – İKİLİ STANDART BUDUR
Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib.