Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.
İşğaldan azad olunmuş ərazilərə 2026-2029-cu illərdə 16 milyard manat xərclənəcək
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 % azdır.
Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 %-i istifadə olunub. Bu isə 1 il əvvələ nisbətən 11,6 faiz bəndi azdır.