Qarabağ Dirçəliş Fondu və ölkə banklarını təmsil edən Azərbaycan Banklar Assosiasiyası birgə layihələr həyata keçirməyə hazırlaşırlar.
FED.az xəbər verir ki, birgə layihələrdə məqsəd Qarabağın dirçəlişinə ölkədəki bankların da cəlb edilməsidir.
Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyası ilə birgə layihə imkanlarının dəyərləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin müzakirə edilməsi məqsədilə 8 sentyabr 2021-ci il tarixində görüş keçiriləcək.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Fondun Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri Rəhman Hacıyev, həmçinin Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri və bir neçə xüsusi qonaqların iştirakı planlaşdırılır. (Marja)