Gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra vergi güzəştləri veriləcək.
Eləcə də bax: Qarabağa yaşamağa qayıdacaq sakinlər üçün - MÜHÜM XƏBƏR - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları mövzusunda elmi-praktik konfransda İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədər böyük çəkiyə malikdir və hazırda kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır.
"Əlavə olaraq 2022-ci il yanvar ayının 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər də ƏDV-dən azad ediləcək", - S.Ələkbərov deyib.