Azad olunmuş ərazilərdə 300-dən çox yeraltı su kəhrizi mina və sursatlarla çirkləndirilib.
Azərbaycana qaytarılan dörd kənddə kütləvi şəkildə minalar aşkarlanıb
FED.az xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb. (Trend)