2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.
"Ağdamda məskunlaşma prosesi 2025-ci ilin ortasından başlaya bilər"
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2.1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə, Kəlbəcərdə 3.2 dəfə, Ağdamda 2.7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat), və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb. (Apa)
Azad edilmiş rayonlar |
2022-ci ilin ilk 9 ayı Min manat. |
2023-cü ilin ilk 9 ayı Min manat. |
Laçın |
130 681 |
983 043 |
Xocavənd |
131 339 |
87 304 |
Kəlbəcər |
201 541 |
650 370 |
Füzuli |
296 210 |
585 624 |
Zəngilan |
352 776 |
367 889 |
Ağdam |
128 459 |
341 420 |
Cəbrayıl |
326 598 |
334 275 |
Şuşa |
159 224 |
332 300 |
Qubadlı |
101 942 |
188 330 |
Xocalı |
95 |
38 |