2024-cü ildə azad edilmiş rayonlarda 6 milyard 98 milyon 789 min manat vəsait yatırım edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə ən çox yatırım Kəlbəcər rayonuna yatırılıb. Rayona investisiya qoyuluşu 1 milyard 381,1 milyon manat olub.
Bundan başqa Laçın rayonuna 923,5 milyon manat, Ağdam rayonuna 838,1 milyon manat, Şuşaya 758,8 milyon manat, Zəngilan rayonuna 553,1 milyon manat Füzuli rayonuna isə 551,1 milyon manat yatırım olunub.
Cəbrayıl rayonu 451,2 milyon manat. Qubadlı rayonuna 317,9 milyon manat yatırım edilib.
Xocavənd rayonuna investisiya qoyuluşu 122,9 milyon manat təşkil edib. Xocalı rayonunda bu göstərici 74,6 milyon manata, Xankəndi şəhərində 71,4 milyon manat, Ağdərədə isə 54,3 milyon manata bərabər olub.
Rayonlar |
2024-cü il min manat |
Kəlbəcər |
1 381 130 |
Laçın |
923 548 |
Ağdam |
838 106 |
Şuşa |
758 827 |
Zəngilan |
553 122 |
Füzuli |
551 079 |
Cəbrayıl |
451 796 |
Qubadlı |
317 914 |
Xocavənd |
122 924 |
Xocalı rayonu |
74 656 |
Xankəndi |
71 357 |
Ağdərə |
54 330 |