Sürətlə işləməli, azad edilmiş əraziləri bərpa etməliyik.
Azad olunmuş ərazilərin yenidən qurulmasına - 6,5 Mlrd. Manat Yönəldilib
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2026-cı ilə qədər 9 şəhər, 300 kənd bərpa olunacaq: “Bu məqsədlə 32 milyard manatdan çox vəsait yönəldiləcək. Bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülür”. (Apa)