İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürülən ailələrin sayı açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, bu barədə Komitə sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşü zamanı bildirib.
Kəlbəcərdə 2026-cı ilədək aparılacaq bərpa-quruculuq işləri - AÇIQLANIB
Qeyd edilib ki, indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 95 ailə (349 nəfər) Füzuli şəhərinə, 21 ailə ( 94 nəfər) Zabux kəndinə köçürülüb. (Apa)