Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barəsində (15.11.2021-ci il vəziyyətinə görə) məlumatı açıqlayıb.
AAYDA-dan FED.az-a verilən məlumata görə, “Zəfər Yolu” (101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı) üzrə torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 100% yerinə yetirilib.
Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
Texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27,34, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.
Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
Texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
Görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər – Laçın avtomobil yolu
Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10% icra olunub.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
Texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 80% quraşdırılıb.
Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
Texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17%, boru və keçidlərin tikintisi 12%, körpülərin tikintisi 10% icra olunub.
Xudafərin – Qubadlı – Laçın avtomobil yolu
Texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36%, yol geyimi - 5%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.
Qubadlı – Eyvazlı avtomobil yolu
Texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil
Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 51%, yol geyimi 9%, boru və keçidlərin tikintisi 52%, körpülərin tikintisi 49% icra olunub.
Füzuli – Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.
Bərdə – Ağdam avtomobil yolu
Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 42.5%, yol geyimi 6.8%, boru və keçidlərin tikintisi işləri 28.2%, körpülərin tikintisi 81.2% icra olunub.
Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-6 km hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, ilk 1.8 km hissədə asfalt-beton örtük tikilib, 15-22 km hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.