İşğaldan azad edilmiş rayonların ərazilərində 4.7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (bəzi ərazilər massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib.
Qarabağda aqrar torpaqların güzəştlə icarəyə verilməsi qaydaları təsdiqlənib
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, aqrar sahədə fəaliyyət göstərən subyektlərlə 2021-ci ildən etibarən Zəngilan rayonunda 2220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), 2024-2025-cü təsərrüfat ili üçün isə 60,8 min hektar əkin sahəsi üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb.
İşğaldan azad edilmiş ərazilər üzrə Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarının müvafiq ərazilərində 2023-2024-cü əkin ilində kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən əkin sahələrinin və çoxillik əkmələrin becərilməsi həyata keçirilib. Hesabat dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən işğaldan azad edilmiş müvafiq ərazilərdə fəaliyyət göstərən 13 kənd təsərrüfatı məhsullarının istehsalçısına apardıqları 78,48 min hektar buğda, 10,47 min hektar arpa, 1,08 min hektar qarğıdalı əkinlərinə, habelə becərdikləri 219.4 hektar üzüm və 656.67 hektar meyvə bağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 20152,8 min manat məbləğində əkin subsidiyası ödənilib.