"Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq".
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib.
Eləcə də bax: Prezident Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd”in - TƏMƏLİNİ QOYUB
"Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq", - Prezident vurğulayıb.