Qondarma rejimin "müdafiə naziri"nin müavini, polkovnik Artur Sarkisyan məhv edilib.
FED.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat verib.
Eləcə də bax: Ermənistanın "əfsanəvi dəstəsinin" 5 üzvü məhv edilib
Xatırladaq ki, oktyabrın 27-də Qarabağdakı qondarma rejimin “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan Azərbaycan Müdafiə Nazirliyinin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Həmin gün onun yerinə yeni Mikael Arzumanyan “təyin edilmişdi”. (Qafqazinfo)